Tez-tez verilən suallar
Sualınızın cavabını burada tapa bilərsiniz.
Ümumi
Lafon.az nədir?
Lafon.az — elan və onlayn mağazalar platformasıdır. Burada məhsul və xidmətlərinizi pulsuz yerləşdirə, axtardığınızı isə filtrlərlə tez tapa bilərsiniz.
Elan yerləşdirmək pulsuzdur?
Bəli. Fərdi istifadəçilər üçün elan yerləşdirmək pulsuzdur. Yalnız VIP, irəli çəkmə kimi əlavə xidmətlər ödənişlidir.
Elanlar
Elanı necə yerləşdirim?
Hesabınıza daxil olun, “Yeni Elan” düyməsinə basın, kateqoriyanı seçin, başlıq, şəkillər, təsvir və qiyməti əlavə edin. Ətraflı: Elan yerləşdirmək.
Elanım nə vaxt dərc olunur?
Əksər elanlar dərhal dərc olunur. Bəzi elanlar moderator yoxlamasına düşə bilər — bu, adətən bir neçə dəqiqədən bir neçə saata qədər çəkir.
Elanı necə redaktə edim və ya silim?
“Mənim elanlarım” bölməsində elanın yanındakı “Redaktə et” və ya “Sil” düymələrindən istifadə edin.
Ödənişlər
Balansı necə artırım?
Profil menyusunda “Balansı artır” bölməsinə keçin, ödəniş üsulunu və məbləği seçin. Balans dərhal və ya bank təsdiqindən sonra yüklənir.
VIP xidməti nə verir?
VIP elanlar ana səhifədə və kateqoriyada xüsusi blokda, sarı nişanla göstərilir və adi elanlardan qat-qat çox baxış toplayır. Ətraflı: Ödənişli xidmətlər.
Ödəniş geri qaytarılırmı?
Göstərilmiş xidmətlər üçün ödəniş geri qaytarılmır. Texniki səbəbdən xidmət göstərilməyibsə, məbləğ balansınıza qaytarılır.
Mağazalar
Mağaza necə aça bilərəm?
Profil menyusunda “Mənim mağazalarım” bölməsinə keçin, mağaza adını, loqonu və əlaqə məlumatlarını əlavə edin, paket seçin.
Hesab
Şifrəmi unutmuşam, nə edim?
Giriş səhifəsində “Şifrəni unutmusan?” keçidinə basın. Telefon nömrənizə və ya e-poçtunuza təsdiq kodu göndəriləcək.
Hesabımı necə təsdiqləyim?
“Hesabı doğrula” bölməsində sənədinizi yükləyin. Təsdiqlənmiş hesablar alıcıların daha çox etibarını qazanır.
Təhlükəsizlik
Fırıldaqçılardan necə qorunum?
- Məhsulu görmədən öncədən pul köçürməyin.
- SMS ilə gələn kodları heç kimə deməyin.
- Şübhəli linklərə keçməyin, kart məlumatlarınızı paylaşmayın.
- Görüşü ictimai və işıqlı yerdə təyin edin.
Elandan necə şikayət edim?
Elan səhifəsində “Şikayət et” düyməsinə basın və səbəbi seçin. Moderatorlarımız şikayəti tez bir zamanda yoxlayır.
Çatdırılma
Çatdırılma necə işləyir?
Elanda “Çatdırılma” nişanı varsa, satıcı məhsulu çatdıra bilir. Şərtləri satıcı ilə razılaşdırın. Mağazalardan sifarişlərdə kuryerin yerini canlı izləmək imkanı tezliklə əlavə olunur.
Cavab tapmadınız?
Dəstək komandamız sualınızı cavablandırmağa hazırdır.